AMEA-nın vəzifəli şəxslərinə korrupsiyaya görə cinayət işi AÇILDI
15 fevral 2023 11:08 (UTC +04:00)

AMEA-nın vəzifəli şəxslərinə korrupsiyaya görə cinayət işi AÇILDI

0

Azərbaycan Milli Elmlər Akademiyasının vəzifəli şəxslərinə cinayət işi başlanıb.

Lent.az xəbər verir ki, AMEA-nın tarixçisi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov və həyat yoldaşı həmin institutun kadrlar şöbəsinin müdiri Gülüstan İsayeva 92 min manat məbləğində mənimsəmədə təqsirli bilinir.

Onların barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Azad Məcidovun icraatında araşdırılacaq.

Səbuhi Hüseynov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2264

Oxşar yazılar