AMEA-nın idarəsi məhkəməyə verildi:  Xaricə pul çıxarıb,   amma...
19 yanvar 2022 13:53 (UTC +04:00)

AMEA-nın idarəsi məhkəməyə verildi: Xaricə pul çıxarıb, amma...

Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsi məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, yoxlamalar zamanı AMEA-nın idarənin xaricə valyuta çıxarıb əvəzində heç bir mal idxal etməməsi və ya iş görülməməsi üzə çxııb. Bu səbəblə həmin idarə barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Həmin protokol baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. İş hakim Günel Səmədovanın icraatına verilib.

Qeyd olunan maddə əsasında AMEA-nın işlər idarəsi inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə cərimələnə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608

Oxşar yazılar