Altay Göyüşov Baş Prokurorluğa çağırılıb.
Lent.az xəbər verir ki, bu barədə İTV-də Baş Prokurorluğun müraciəti yayımlanıb.
Qeyd olunub ki, təqsirləndirilən Göyüşov Altay Rəşid oğlu noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.