Almaniyadan deportasiya edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ziya İbrahimovun işinə xitam verilib.
Lent.az xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat paylaşıb. Onun sözlərinə görə, ittihamda göstərilən hər iki icra vərəqəsi tam icra oldunuğu üçün Biləsuvar rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və o, həbsdən azad edilib.
Qeyd edək ki, Z. İbrahimov AXCP-nin Biləsuvar rayonundakı fəallarındandır. O, bu il mayın 20-də mühacirətdə olduğu Almaniyadan Azərbaycana deportasiya edilib. Z. İbrahimov hava limanında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 306.1 (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə cinayət işi açılmışdı. E. Sadıqovun sözlərinə görə, bu cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbi ilə bağlı olub.