Almaniya polisi Lyuneburq şəhərindəki psixiatriya xəstəxanasına hücum zamanı 2 nəfərin öldüyü, daha 3 nəfərin yaralandığı barədə məlumat yayıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, həftənin dördüncü günü müalicə üçün daxil olan 21 yaşlı kişi özündən yaşlı 2 kişi xəstəyə hücum etməkdə və onları öldürməkdə şübhəli bilinir.
O, eyni zamanda 3 tibb bacısını da yaralayıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Lyuneburq polisi hücum edənin saxlanılması haqda da məlumat yayıb.