Alimpaşa Məmmədovun  marallarının   sayı artdı
14 dekabr 2022 11:08 (UTC +04:00)

Alimpaşa Məmmədovun marallarının sayı artdı

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov həbs olunduqdan sonra onun maral fermasının olması ortaya çıxmışdı.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən fermada saxlanılan marallar sabiq icra başçısının həbsindən sonra “Altıağac” Milli Parkına aparılıb.

Mənbənin sözlərinə görə, əvvəl 30 baş olan maralların 7-si bala verib. Maralların sayı 37-ə çatıb.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2226
avatar

Oxşar yazılar