Ali Məhkəmənin sabiq sədr müavini pensiyasından narazıdır
25 noyabr 2022 18:19 (UTC +04:00)

Ali Məhkəmənin sabiq sədr müavini pensiyasından narazıdır

Sabiq hakim pensiyası ilə bağlı məhkəməyə üz tutub.

Lent.az-ın məlumatına görə, təqaüdə çıxarılan hakim Rüstəmov Şahin Möhübbət oğlu pensiyasının düzgün hesablanmadığını iddia edib. Buna görə də o, əvvəlcə Bakı İnzibati Məhkəməsinə üz tutub. Burada keçirilən proses zamanı iddia təmin olunub.

Lakin Dövlət Sosial Müdafiə Fondu birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayıb. Qurum öz növbəsində Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 3-cüdərəcəli dövlət müşaviri olan Ş. Rüstəmov son olaraq, Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl isə o, bir müddət Ali Məhkəmənin sədr müavini işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252
avatar

Mehman Nəbiyev

Oxşar yazılar