Hərbçi Edqar Aleksanyanı intihara sürükləməkdə ittiham edilən həmkarı saxlanılıb.
Lent.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu barədə respublika İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin N hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Q.E.nin müşahidəçi qismində döyüş növbətçiliyinə cəlb olunması ilə bağlı faktiki məlumatlar daxil olub. 2024-cü il avqustun 27-dən sentyabrın 2-dək olan müddətdə şəxsi heyətin iştirakı ilə həmin döyüş mövqeyində müşahidə xidmətinin tərkibində olan hərbi qulluqçu E.Aleksanyanı vaxtaşırı alçaldıb, təhqir edib və vurub.
Çıxılmaz vəziyyətdə qalan Aleksanyan sentyabrın 2-də saat 09:45-də eyni döyüş mövqeyində AKM markalı avtomatdan özünə çənə nahiyəsindən atəş açaraq intihar edib.
Q.E. Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə ittiham olunaraq, barəsində həbs qətimkan tədbiri seçilib.