"AL market" məhkəməyə verildi - SƏBƏB
26 yanvar 2023 14:25 (UTC +04:00)

"AL market" məhkəməyə verildi - SƏBƏB

"AL market" mağazalar şəbəkəsi məhkəməyə verilib.

Lent.az xəbər verir ki, marketlər şəbəkəsinin Binəqədi rayonundakı filiallarından birində gömrük qaydaları pozulub. Buna görə də, "AL market" barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, həmin maddə əsasında vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2124
avatar

Mehman Nəbiyev

Oxşar yazılar