Ailəsinə görüntülü zəng edib özünü asdı
09 oktyabr 2024 17:43 (UTC +04:00)

Ailəsinə görüntülü zəng edib özünü asdı

Türkiyədə gənc oğlan meşədə özünü asıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Nevşehir şəhərinin Gövhər Dudayev məhəlləsində baş verib. 30 yaşlı Yaşar A. gecə saatlarında buradakı meşəlik əraziyə gələrək, əvvəlcə ailəsinə görüntülü zəng edib. Daha sonra özünü ağacdan asıb. Yaxınlarının məlumatı əsasında dərhal əraziyə polis və tibb işçiləri yollanıblar.

Təcili tibbi yardım həkimləri Yaşar A.-nın öldüyün müəyyən ediblər. Onun meyiti müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2976
avatar

Oxşar yazılar