Ağsuda ölümlə nəticələnə yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Ağsu rayonu ərazisində baş verib.“Kamaz” markalı yük avtomobilinin sürücüsü, 36 yaşlı İmişli rayon sakini Elmin Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.