Ağstafada ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, P.Yolçuyev quldurluq əməlində şübhəli bilindiyinə görə tutulub.
Baş Cinayət Axtarışı İdarəsi və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun rayon ərazisindəki evlərin birindən 20.000 manat pul, 1 ədəd qızıl üzük və 2 ədəd gümüş kəmər oğurlaması da müəyyən olunub.