Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Bakı istintaq təcridxanasının əməliyyat aparatları Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş idarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirib.
Hər iki qurumun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, ağır cinayət törətməkdə şübhəli bilinən Maldiv Respublikasının vətəndaşı Ahmed Anaam İbrahim Bakı İstintaq təcridxanasının qarşısında tutulub.
O, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş idarəsinin əməkdaşlarına təhvil verilib.