Qəza edən maşın
02 fevral 2022 14:27 (UTC +04:00)

Qəza edən maşın

Ağdaşda AĞIR QƏZA: Biri polis olmaqla 3 nəfər öldü -YENİLƏNİB

Ağdaşda baş verən qəzada xəsarət alanlardan biri ölüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 1-də saat 17 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Qobustan rayon sakini Gülxas Əmrahov idarə etdiyi “Daewoo” markalı avtomobili qarşıda gedən Ucar rayon sakini N.Allahverdiyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Sonradan idarəetməni itirdiyindən avtomobil qarşıdan gələn Şəmkir rayon sakini A.Verdiyevin idarə etdiyi “KamAZ” markalı digər avtomobilə çırpılıb. Nəticədə G.Əmrahov, sərnişinlərindən DİN Baş Mühafizə İdarəsinin Şamaxı Regional Mühafizə şöbəsinin əməkdaşı Pərviz Xudaverdiyev hadisə yerində ölüblər. Xəstəxanaya yerləşdirilən digər sərnişin Şamaxı rayon sakini Şakir Usubov isə orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

Saat: 09:35

Ağdaşda ölümlə nəticələnən ağır qəza olub.

Lent.az-ın məlumatına görə, hadisə fevralın 1-i axşam saatlarında Bakı-Qazax yolunun Ağdaş rayonundan keçən hissəsində qeydə alınıb. "Daewo" markalı minik avtomobili "KamAZ" markalı qoşqulu yük maşını ilə toqquşub. Nəticədə 2 nəfər hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qəza edən maşın

Qəza edən maşın

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7588

Oxşar yazılar

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini öldürdü

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini öldürdü

13 aprel 2025 , 21:30
Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

13 aprel 2025 , 20:34
Ağdamda AĞIR QƏZA:  yaralılar var -FOTOLENT

Ağdamda AĞIR QƏZA: yaralılar var -FOTOLENT

13 aprel 2025 , 18:10
Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

13 aprel 2025 , 17:25
Ağdamda azyaşlını it dişlədi

Ağdamda azyaşlını it dişlədi

13 aprel 2025 , 15:33
Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

13 aprel 2025 , 15:00
Bakıda kafe yandı

Bakıda kafe yandı

13 aprel 2025 , 14:36
Ucarda zəncirvari qəza:  xəsarət alanlar var -FOTOLENT

Ucarda zəncirvari qəza: xəsarət alanlar var -FOTOLENT

13 aprel 2025 , 14:30