Ağdaşda 1 yaşlı uşaq dərmandan zəhərlənib.
Lent.az xəbər verir ki, şəhər sakini olan 2022-ci il təvəllüdlü qız uşağı nəzarətsiz qalaraq həşərat dərmanı içib.
O, xəstəxanaya yerləşdirilib və göstərilən tibbi müdaxilələrlə həyatını xilas etmək mümkün olub.