Hadisə anı
28 aprel 2022 14:29 (UTC +04:00)

Hadisə anı

"Ağdaş uşaqlarından üzr istə" - Yeniyetməni döyüb "Tiktok"da paylaşdılar - VİDEO

“Tik-Tok”da yayılan növbəti video qalmaqala və narazılığa səbəb olub. Həmin görüntüləri həm də izləyicilərin hissiyyatını, duyğusallığını düşünmədən paylaşıblar.

Lent.az xəbər verir ki, şiddətli görüntülərin olduğu hadisə Ağdaşda olub. 4 yeniyetmə bir nəfəri “təkləyərək” ondan üzr istəmələrini tələb ediblər. Ancaq görüntülərdən həmin yeniyetmənin hansı “səhv”i etdiyi, günahının nə olduğu bilinməyib. Paylaşımda yalnız “Ağdaş uşaqlarından üzr istə” və sonda vurulan yumruq səsi eşidilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a danışıb. O hadisədən məlumatlı olduqlarını bildirib:

“Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Yeniyetmələrin şiddətli videosu

# 4074
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Şəmkir sakini qohumunu  güllələdi   -YENİLƏNİB

Şəmkir sakini qohumunu güllələdi -YENİLƏNİB

22 may 2024 , 13:42
Sevgilisinə görə ambulansı   oğurladı

Sevgilisinə görə ambulansı oğurladı

22 may 2024 , 13:26
Bakıda və bölgələrdə itkin düşənlər  tapıldı

Bakıda və bölgələrdə itkin düşənlər tapıldı

22 may 2024 , 12:42
Xaçmazda kişi 6 aydır  itkin düşüb

Xaçmazda kişi 6 aydır itkin düşüb

22 may 2024 , 12:26
Rüşvət alan tabor komandiri həbs olundu

Rüşvət alan tabor komandiri həbs olundu

22 may 2024 , 11:56
Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

22 may 2024 , 11:47
Azərbaycan onu Qazaxıstana təhvil verdi

Azərbaycan onu Qazaxıstana təhvil verdi

22 may 2024 , 11:12
Bakıda bacıoğlu dayısının evindən 28 minlik  oğurluq etdi

Bakıda bacıoğlu dayısının evindən 28 minlik oğurluq etdi

22 may 2024 , 11:03