Ağdaş sakini sirkə turşusundan zəhərlənərək öldü
07 fevral 2021 05:44 (UTC +04:00)

Ağdaş sakini sirkə turşusundan zəhərlənərək öldü

Ağdaşda sirkə turşusundan zəhərlənən qız xəstəxanada dünyasını dəyişib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Ağdaş rayonu ərazisində baş versə də, ölüm faktı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Kimliyi hələ ki tam dəqiqləşdirilməyən və təxminən 20-22 yaşlarında olan qız yaşadığı ərazidə naməlum səbəbdən sirkə turşusu içərək zəhərlənib. Ağır vəziyyətdə olan xəstə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4608
avatar

Oxşar yazılar