Ağdamda "Jiquli" işıq dirəyinə çırpıldı: Yaralılar var
20 sentyabr 2024 23:03 (UTC +04:00)

Ağdamda "Jiquli" işıq dirəyinə çırpıldı: Yaralılar var

Ağdamda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın Əfətli kəndi ərazisində qeydə alınıb.

Ağdam istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Ağdamın Rzalar kənd sakinləri Şirinov Xətai Şəmsi oğlu və Şirinov Şahmar Sevdar oğlu müxtəlif növ bədən xəsarətləri alıblar.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1533
avatar

Oxşar yazılar