Ağdamda "Jiquli" aşdı: ölən və yaralılar  var
20 fevral 2025 11:14 (UTC +04:00)

Ağdamda "Jiquli" aşdı: ölən və yaralılar var

Ağdamda yol qəzası olub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib. "VAZ"2107 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə İlyas Allahverənov hadisə yerində həyatını itirib.

Avtomobildə olan 33 yaşlı Natiq Məmmədov, 28 yaşlı Elmin Əmənov, 34 yaşlı Amik Cəfərov xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar