Ağdamda “Avtoş” həbs edildi 
05 avqust 2022 12:39 (UTC +04:00)

Ağdamda “Avtoş” həbs edildi 

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2107” markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayonun Şotlanlı kənd sakini Elvin Fərzəliyev saxlanılıb. İdarəsində olan avtomobil müvəqqəti duracağa yerləşdirilib. 

E.Fərzəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin  qərarı o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
 

# 3048
avatar

Sevinc Fərid

Oxşar yazılar