Ağdamda AĞIR QƏZA: xüsusi nümayəndəliyin  əməkdaşı öldü-YENİLƏNİB
06 mart 2025 22:11 (UTC +04:00)

Ağdamda AĞIR QƏZA: xüsusi nümayəndəliyin əməkdaşı öldü-YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Ağdam-Füzuli yolunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə qəza baş verib, bir nəfər ölüb, daha biri yaralanıb. 

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qarnın küt travması, sol ayağın dördüncü barmağının əsas falanqasının yerdəyişmiş sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda deyilir. 

Qeyd edək ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Svetlana Məmmədova həyatını itirib.

***
21:04

Ağdamda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Svetlana Məmmədova həyatın itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsidə nümayəndəliyin digər əməkdaşı Fərzəliyev Rafət isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralı Bərdə diaqnostika mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***
19:26

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Mərzili kəndi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, qəzada bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1044

Oxşar yazılar