Ağdamda 4 otaqlı ev əşyaları ilə birlikdə yandı - FOTO
11 aprel 2021 04:28 (UTC +04:00)

Ağdamda 4 otaqlı ev əşyaları ilə birlikdə yandı - FOTO

0

Ağdam rayonunun Çəmənli kəndində yanğın qeydə alınıb. 

APA-nın yerli müxbirinin xəbərinə görə, yanğın kənd sakini Bəxtiyarov Murtuza Məhəmməd oğluna məxsus evdə baş verib. 

Yanğını söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam Yanğında mühafizə bölməsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alıb. 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1953

Oxşar yazılar