İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakinləri Taleh Ağalarov və Əsəd Ağalarov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Keçirilmiş digər tədbirlərlə isə rayonun Qapanlı kəndində qurulmuş nəzarət postunda polis əməkdaşlarına tabesizlik göstərərək işğaldan azad edilmiş Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər də saxlanılıblar.
Araşdırmalarla onların Tərtər rayon sakinləri Amin Əlibəyli və Taleh İbrahimov olduğu müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
Qadağan olunmuş ərazilərə keçmək istəyən Taleh Ağalarov, Əsəd Ağalarov, Amin Əlibəyli və Taleh İbrahimov
Ağdama qanunsuz getmək istəyənlər saxlanıldı
1176