Ağdam sakini gizlətdiyi avtomatla birgə tutuldu - VİDEO
22 mart 2025 10:57 (UTC +04:00)

Ağdam sakini gizlətdiyi avtomatla birgə tutuldu - VİDEO

Ağdamda qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, sılahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl də Ağdam sakini tapdığı avtomatı polisə təhvil vermədiyi üçün saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar