Ağcabədidə DƏHŞƏTLİ QƏZA:  ölən və yaralananların kimliyi məlum oldu -VİDEO
28 fevral 2025 23:01 (UTC +04:00)

Ağcabədidə DƏHŞƏTLİ QƏZA: ölən və yaralananların kimliyi məlum oldu -VİDEO

Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində "Mercedes", "KIA" və "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var.

Lent.az APA-ya istinadən hadisə nəticəsində xəsarət alan şəxslərin siyahısını təqdim edir: 

1992 – ci il təvəllüdlü Goranboy rayonu Nadirkənd kənd sakini Nəsirov Xəyal Asif  oğlu;
1992 – ci il təvəllüdlü, Yevlax rayon Aşagı Qaraxanli kənd sakini Yusifli Tural İdris oğlu;
1996 – cı il təvəllüdlü Bərdə rayon Şatırlı kənd sakini, Umudzadə Akşin Elsevər oğlu; 
2000 – ci il təvəllüdlü Ağdaş rayon sakini Nurlan Qurbanov; 
2000 – ci il təvəllüdlü Goranboy sakini Əli Alişanov. 

Qeyd edək ki, hadisə nəticəsində Ağcabədi rayonu Boyad kənd sakinləri 1991-ci il təvəllüdlü Hüsüyev Vüsal Məmməd oğlu, 1995-ci il təvvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və rayonun Bilağan kənd sakini 2022-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu həyatını itirib.

***
22:06

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan
5 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Lent.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Onlardan 33 yaşlı şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.

Digər 4 nəfər isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə nəticəsində Ağcabədi rayonu Boyad kənd sakinləri Hüsüyev Vüsal Məmməd oğlu, Əmrahov Sənan Aqil oğlu,  Aslanov Azər Fəyyaz oğlu, Ələsgərov Asiman Yaşar oğlu və rayonun Bilağan kənd sakini Aslanlı Elbəy Mövsüm oğlu həyatını itirib.


***

21:32

Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində "Mercedes", "KIA" və "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Ağcabədi rayonu Boyad kənd sakinləri 34 yaşlı Hüsüyev Vüsal Məmməd oğlu, 34 yaşlı Əmrahov Sənan Aqil oğlu, 33 yaşlı Aslanov Azər Fəyyaz oğlu, 18 yaşlı Ələsgərov Asiman Yaşar oğlu və rayonun Bilağan kənd sakini 3 yaşlı Aslanlı Elbəy Mövsüm oğlu həyatını itirib.

 

 

***
20:11

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, yerli müxbirinin əldə etdiyi xəbərə görə, rayonun Xocavənd kəndi ərazisində "Mercedes", "KIA" və "VAZ" markalı minik maşınları toqquşub.

İlkin məlumata görə, qəzada 5 nəfər həyatın itirib, yaralılar var. 

Hadisə nəticəsində xəsarət alanlar Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1888

Oxşar yazılar