Zaqatalada gilas ağacından yıxılan qadın ağır xəsarət alıb.
Lent.az-ın məlumatına görə, hadisə günorta saatlarında rayonun Qımır kəndində baş verib.
Zaqatala şəhər sakini, 1973-cü il təvəllüdlü Rəxşən Rəsul qızı Əsədova qızının yaşadığı evin həyətyanı sahəsində gilis yığan zaman ağacdan yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Əsədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. R. Əsədovanın vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdurmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.