Afiyəddin Məmmədova hökm oxundu
14 yanvar 2025 12:31 (UTC +04:00)

Afiyəddin Məmmədova hökm oxundu

İctimai fəal Afiyəddin Məmmədova hökm oxunub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Hökmə əsasən, Afiyəddin Məmmədov 8 il azadlıqdan məhrum edilib. 

Dövlət ittihamçısı Orxan Kəngərli təqsirləndirilən şəxsin 10 il  azadlıqdan mərhum edilməsini təklif edib.

Afiyəddin Məmmədov yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunub. 

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, kiməsə xəsarət yetirmədiyini deyib.

Afiəddin Məmmədov “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü olub. Hərəkat bir müddət əvvəl ləğv edildiyini elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2848

Oxşar yazılar

"Toplum TV" işi üzrə onlara ittiham elan edildi

"Toplum TV" işi üzrə onlara ittiham elan edildi

2 iyun 2025 , 13:52
Əlil qadını öldürən taksi sürücüsü   saxlanıldı -YENİLƏNİB

Əlil qadını öldürən taksi sürücüsü saxlanıldı -YENİLƏNİB

2 iyun 2025 , 12:47
Xaçmazda AĞIR QƏZA:  yaralılar var

Xaçmazda AĞIR QƏZA: yaralılar var

2 iyun 2025 , 12:09
Sabunçuda həyətdə meyit tapıldı

Sabunçuda həyətdə meyit tapıldı

2 iyun 2025 , 11:38
Bakıda həbsxananın damı çökdü, məhkum öldü  -YENİLƏNİB

Bakıda həbsxananın damı çökdü, məhkum öldü -YENİLƏNİB

2 iyun 2025 , 11:27
Bakıda evdə meyit tapıldı

Bakıda evdə meyit tapıldı

2 iyun 2025 , 10:42
Qubada BƏDBƏXT HADİSƏ:  1 nəfər kanalda batdı

Qubada BƏDBƏXT HADİSƏ: 1 nəfər kanalda batdı

2 iyun 2025 , 10:35
Azərbaycanda FACİƏ:  16 yaşlı oğlan kanalda boğulub öldü

Azərbaycanda FACİƏ: 16 yaşlı oğlan kanalda boğulub öldü

2 iyun 2025 , 10:14