Afət Telmanqızının evini qarət edən  tutuldu - YENİLƏNİB
17 fevral 2025 16:44 (UTC +04:00)

Afət Telmanqızının evini qarət edən tutuldu - YENİLƏNİB

Daxili İşlər Nazirliyi jurnalist Afət Telmanqızının evinin qarət edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-ın sorğusuna cavabında bildirib ki, Afət Telmanqızının kirayə verdiyi mənzilin əşyalarının kirayəşinin talaması barədə daxil olan müraciət üzrə şübhəli şəxs müəyyən olunaraq saxlanılıb.

"Məhkəmənin qərarı ilə Aygün Cavadova 4 gün yox, 8 gün müddətinə inzibati qaydada həbsdə olub.

Hazırda şübhəli şəxs barəsində araşdırmalar davam etdirilir, onun digər qanunsuz əməlləri istisna edilmir", - açıqlamada qeyd olunub.

***

saat 15:56

Tanınmış jurnalist Afət Telmanqızının evi qarət edilib. 

Lent.az xəbər verir ki, bu barədə jurnalist özü facebook hesabında paylaşım edib. 

Onun sözlərinə görə, işi ilə əlaqədar Xankəndi şəhərinə köçdüyü üçün Bakıdakı mənzilini kirayə verib: 

"Bir qadın birbaşa vasitəçi olmadan özü zəng edib bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə bu ilin yanvar ayının 15-i kirayənişin kimi yerləşib. Hər dəfə zəng edərək, səs göndərərək, pulu verəcəyini deyib. Nəhayət pul ödəmədən evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində mənzilimi tərk edib.

Əlimizdə video görüntülər var. Evdən nə qədər əşya çıxardığının görüntüləri də polisə təqdim olunub. Kompyüter, planşet, telefon və sair. Soyğunçuluq edərkən istifadə etdiyi maska papaq və digər sübutlar da mənzilimdən tapılaraq, polisə təqdim olunub".

Afət Telmanqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2456

Oxşar yazılar