Perm hava limanında işçilər baqajda partlayıcı qurğu aşkarlayıblar.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bütün işçilər binadan çıxarılıb, qumbara ekspertizaya göndərilib.
Məlumata görə, partlayıcı obyekt Bolşoy Savino hava limanının yük anbarında rentgen televiziya avadanlığı vasitəsilə aşkar edilib.
İşçilər qutunun altından VOG-25 lüləli qumbaraatan üçün əsl partlayıcı qurğu və deşilmiş primeri olan patron tapıblar. Tapılan bütün əşyalar ekspertizadan keçirilir.