Aeroport yolundakı dəhşətli qəzada YARALANANLARDAN BİRİ DƏ ÖLDÜ
20 oktyabr 2021 09:48 (UTC +04:00)

Aeroport yolundakı dəhşətli qəzada YARALANANLARDAN BİRİ DƏ ÖLDÜ

Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.

Lent.az-ın əldə etdiyi məlumata görə, qəza zamanı xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz Vüsal oğlu vəfat edib.

Qeyd edək ki, oktyabrın 13-də paytaxtın Suraxanı rayonunda “Mercedes” markalı yük avtomobili 171 saylı sərnişin avtobusuna çırpılaraq, onu aşırıb. Nəticədə 5 nəfər ölüb, 25 nəfər yaralanmışdı.

# 3156
avatar

Mehman Nəbiyev

Oxşar yazılar