Adil Qeybulla Qubad İbadoğlunun yanından getdi - SƏRT SÖZLƏR YAZDI
14 mart 2023 22:18 (UTC +04:00)

Adil Qeybulla Qubad İbadoğlunun yanından getdi - SƏRT SÖZLƏR YAZDI

0

Tanınmış həkim Adil Qeybulla Qubad İbadoğlu ilə birlikdə olduğu hərəkatdan istefa verdiyini açıqlayıb. 

Lent.az-ın məlumatına görə, Adil Qeybulla "facebook" səhifəsində yazdığı istefa bildirişində "bu cür təşkilatda fəaliyyətimi bitmiş hesab edirəm və istefa verdiyimi bəyan edirəm" deyə, qeyd edib.

O xatırladıb ki, 2014-cü ildə Müsavat Partiyasının qurultayı zamanı "Başqan seçkilərindəki təlatümlərdən sonra" Vurğun Əyyubun rəhbərliyi ilə sonrakı dönəmdə ictimai-siyasi fəaliyyətlərini davam etdirmək məqsədilə bir qrup şəxs tərəfindən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıblar: "Vurğun bəyin tövsiyyəsi ilə, ümumi razılıq əsasında Hərəkatın sədri vəzifəsinə Qubad İbadoğlu irəli sürüldü. Bir müddət Vurğun Əyyubun nüfuzu fonunda Hərəkatın strukturları quruldu, təşkilat qısa müddət ərzində nüfuz qazandı, bir neçə müraciətdən sonra Ədliyyə Nazirliyindən qeydiyyatdan keçə bildi. Qeyd edim ki, Vurğun bəy partiyada 1-ci müavin vəzifəsini tuturdu. 
Vurğun bəyin dünyasını dəyişməsindən sonra distansion idarə olunan təşkilat partiyaya çevrilmək qərarını verdi. Partiya strukturları formalaşan zaman onlayn partiya sədri seçilən Qubad bəy Partiyanın Məclis sədri vəzifəsini də əlində saxladı. Təsəvvür edin, demokratiya uğrunda mübarizə apardığını deklarasiya edən şəxs həm icra strukturuna, həm də qanunverici orqana rəhbərlik edir və özü də Bakıda yoxdur, təşkilatı Zoom proqramı ilə idarə edir, sədrin 1-ci müavini vəzifəsi isə ləğv olunur. Sonradan əldə etdiyim bilgilərə görə, bu format partiya daxilinə sirayət edən bir qrupun “əks halda partiyada separatçılıq meylləri olar, partiya ələ keçirilər” kimi məkrli arqumentlərlə Qubad İbadoğluna təsir etməklə baş tutub".

Adil Qeybulla yazıb ki, bu durum partiya daxilində ikitirəliyin, mövqe savaşının əsasını qoyub və "beləliklə, partiyada qeybət mədəniyyətinə, vicdanlı üzvlərə qarşı şantaj, gözdənsalma kompaniyasına start verildi": "Rayon təşkilatlarına kriminal ünsürlərin, reputasiyası zədəli şəxslərin yerləşdirilməsi, saxta seçkilər, rayon təşkilatlarının qurulması haqda görüntü yaratmaq, təşkilat üzvləri arasında partiya sədri haqda üfürülmüş nüfuz və sərsəm xülyalarla illüziyalar formalaşdırmaq bir qrup şəxsin fəaliyyət proqramına çevrildi". 

Adil Qeybulla vurğulayıb ki, siyasi partiyalar haqda məlum qərardan sonra, " heç kimlə məsləhətləşmədən  qeydiyyatdan keçə bilməmiş bakirə bir təşkilatın mərkəzi strukturlarının müəmmalı şəkildə, avtoritar mahiyyətli və ədalı bir sərəncamla buraxılmasından (dekapitasiya edilməsindən) sonra yenidən həmin buraxılmış strukturlarla birgə təşkil etdiyi onlayn toplantının" isə hamı şahidi olub: "Azərbaycanın müstəqillik tarixində misli görünməyən bu insident bir daha göstərdi ki, demokratiya və hüquq uğrunda mübarizə bəziləri üçün fenotipik mənzərədir, onun mahiyyətə hopmasına isə hələ uzun bir yol vardır, təəssüf ki..."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4014

Oxşar yazılar