Cinayəti törədən şəxs pişikləri, itləri və insanları öldürən bir kultun üzvü olub və qurbanlardan birində 666 kəsik aşkarlanıb.
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə iştirak etdiyi üçün 20 il müddətinə azadlıqdan məhrum edilən satanist qatili əfv edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, 2006-cı ildə Yaroslavl şəhərində yaranmış satanist sektasının üzvü olub. Əvvəlcə onun iştirakçıları pişik və itlər üzərində öz “rituallarını” yerinə yetirərək heyvanları öldürüblər.
Lakin zaman keçdikcə ən azı dörd yeniyetməni öldürüblər. Əvvəlcə spirtli içki qəbul ediblər, sonra isə kimsəsiz yerə apararaq bıçaqla qətlə yetiriblər.
Qurbanlardan birində 666 kəsik olduğu iddia edilir. Qətllər həyata keçirildikdən sonra qurbanlar parçalanıb, bəziləri hətta qismən yeyilib. Qalıqlar cinayət yerinin yaxınlığında basdırılıb.
O zaman hüquq-mühafizə orqanlarının əməkdaşları təriqət üzvlərini aşkar edərək onları qətldə, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəhddə ittiham etməyə nail olublar. 2010-cu ildə regional məhkəmədə hökm elan edilib - Nikolay "Qraf” " Ogolobyak ən uzun müddətli cəzanı alıb.
O, təriqət üzvlərini şəxsi mənzillə təmin edib, vəhşiliklərdə ən fəal iştirak edib. O, 2030-cu ilə qədər həbsxanada yatmalı idi.
Oqolobyakın atasının sözlərinə görə, oğlu altı ay “Fırtına Z” dəstəsində xidmət edib. O, əlil elan edilib, bundan sonra satanist Rusiyaya qayıdbı. Ukraynadakı müharibənin digər iştirakçılarının ardınca o, Putindən əfv alıb.