Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki kafelərin birində karantin qaydalarına zidd olaraq ad günü məclisi keçirənlər müəyyən edib.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, obyektin sahibi də daxil olmaqla, ümumilikdə, 17 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.