Acun Ilıcalıya qarşı hazırlanan və qanunsuz mərc oyunları reklam edərək insanları təşviq etdiyi iddiası ilə 5 il 3 aya qədər həbs cəzası tələb edən iddianamə qəbul edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Acun Ilıcalı və sahibi olduğu TV8 televiziya kanalı və “Exxen” rəqəmsal platformasının məsul şəxsləri haqqında qanunsuz mərc oyunları reklam edərək insanları həvəsləndirmək iddiası ilə istintaq tamamlanıb və hazırlanan iddianamədə Acun Ilıcalı da daxil olmaqla 8 nəfərin 5 il 3 aya qədər həbs cəzası tələb edilib.
Hazırlanan iddianamə göndərildiyi İstanbul 25-ci Asliye Cəza Məhkəməsi tərəfindən qəbul edilib. Aralarında Acun Ilıcalı da daxil olmaqla 8 nəfərin məhkəməsinin iyul ayında başlayacağı gözlənilir.