Abşeronda QƏZA:  Piyada öldü,   sürücü ərazidən uzaqlaşdı
07 yanvar 2023 21:12 (UTC +04:00)

Abşeronda QƏZA: Piyada öldü, sürücü ərazidən uzaqlaşdı

Abşeronda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Abşeron rayonu Saray qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib.

Onun saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

# 2871
avatar

Oxşar yazılar