Abşeronda qadın bank kartından 6500 manat oğurladı
29 dekabr 2023 13:26 (UTC +04:00)

Abşeronda qadın bank kartından 6500 manat oğurladı

Abşeronda bank kartından külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisində bir nəfərin bank kartından hesabındakı 6583 manat pulu oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Ağsu rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4326
avatar

Oxşar yazılar