Abşeronda azyaşlı pəncərədən yıxılıb.
Lent.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində baş verib. Burada yaşayan 2 yaşlı Fərəcli Narin Səbuhi qızı yaşadıqları binanın 3-cü mərtəbəsinin pəncərəsindən baxarkən həyətə yıxılıb. O, Respublika Neyrocərahiyyə Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.