Abşeronda mənzildən meyit tapılıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Qobu qəsəbəsində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.