ABŞ-da bu il 14 min insan  atışmanın   qurbanı olub
10 may 2023 15:58 (UTC +04:00)

ABŞ-da bu il 14 min insan atışmanın qurbanı olub

İlin əvvəlindən ABŞ-da 200-dən çox kütləvi atışma olub. 

 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Ağ evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, eyni müddət ərzində ümumilikdə 14 mindən çox insan odlu silahla insidentlərin qurbanı olub.

Onun sözlərinə görə, ölkədə gündə bir dəfədən çox "odlu silahdan istifadə ilə zorakılıq aktları" baş verir. Karin Jan-Pyer Konqresi ABŞ-da odlu silahların dövriyyəsini sərtləşdirməyə çağırıb.

Mayın 6-da Texas ştatının Allen şəhərindəki ticarət mərkəzində kütləvi atışma baş verib. Atışma nəticəsində üçü uşaq olmaqla 8 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230
avatar

Arzu Qurbanlı

Oxşar yazılar