Bu gün London Apelyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın şikayəti üzrə iclas keçirilib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, məhkəmə Z. Hacıyevanın Ali Məhkəməyə müraciət etməklə bağlı şikayətini təmin etməyib.
Qərara əsasən, Z. Hacıyeva Milli Cinayət Agentliyinin məhkəmə xərclərini də ödəməlidir.
Qeyd olunub ki, Z. Hacıyevanın dövlət işçisi statusuna dair dəlillər var və onun legitim gəlirlər vasitəsilə “Harrods” alış-veriş mərkəzi yaxınlığındakı evi və “Berkshire”dakı qolf klubunu alması inandırıcı görünmür.
Bundan əvvəl birinci instansiya məhkəməsinin çıxardığı qərara əsasən, “Harrods” alış-veriş mərkəzi yaxınlığındakı evi və “Berkshire”dakı qolf klubu satışa çıxara bilməz.
Xatırladaq ki, Böyük Britaniyada 2017-ci ildə qəbul edilmiş "Kriminal maliyyələşdirmə haqqında" qanuna əsasən, Britaniyanın Milli Cinayət Agentliyi var-dövlətin mənbəyi aydın olmayan var-dövlət haqda sorğu (Unexplained wealth orders, UWO) göndərmək hüququna malikdir. Eyni zamanda 50 min funt sterlinqdən artıq gəlir əldə edilməsinə dair aydın izahın olmadığı təqdirdə aktivlər dondurula bilər.
Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.