Yolu keçən piyadanı maşın vurub öldürdü
17 may 2020 22:10 (UTC +04:00)

Yolu keçən piyadanı maşın vurub öldürdü

Balakən rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 154-cü kilometrliyində, Balakən rayonu Qullar kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Mazımçay kənd sakini, 1959-cu il təvəllüdlü Məhəmməd Müslüm oğlu İbrahimov idarə etdiyi “QAZ 2705” markalı 10 HH 718 dövlət nömrə nişanlı minik avtomobili ilə şəhər istiqamətində hərəkətdə olarkən yolun sağından soluna keçən piyada, rayonun Qullar kənd sakini, 1945-ci il təvəllüdlü Cavadxan Tacəddin oğlu Şəkiliyevi vurub. 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C.Şəkiliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

C.Şəkiliyev xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15