Yolu keçmək istəyən azyaşlını maşın vurdu
19 iyun 2020 19:51 (UTC +04:00)

Yolu keçmək istəyən azyaşlını maşın vurdu

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Cəlilli kəndindən keçən hissəsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən 9 yaşlı uşağı avtomobil vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2737
avatar

Oxşar yazılar