Yolda vuruldu, evində öldü
22 may 2020 11:24 (UTC +04:00)

Yolda vuruldu, evində öldü

Bakıda yol qəzasında xəsarət alan şəxs evində ölüb.

Lent.az-ın məlumatına görə, qəza mayın 18-də, saat 15 radələrində paytaxtın Binəqədi rayon ərazisində baş verib.

22 yaşlı Rəşad Şıxəliyev idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən piyada keçidinin üzərində yolu keçmək istəyən 64 yaşlı Zahid Məmmədovu vurub. 

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralı oradan digər hospitala köçürülüb. Daha sonra xəstə evə buraxılan Z.Məmmədov mayın 21-də yaşadığı mənzildə vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1807
avatar

Mehman Nəbiyev

Oxşar yazılar