Yol polisinə tabe olmayan taksi sürücüsü həbs edildi
07 iyul 2020 19:33 (UTC +04:00)

Yol polisinə tabe olmayan taksi sürücüsü həbs edildi

Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami Rayon Polis İdarəsinin 23-Polis Bölməsində toplanmış matereallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci  maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081
avatar

Mehman Nəbiyev

Oxşar yazılar