Yeniyetməyə sahibsiz it hücum edib: əl, ayaq, çiyin...
02 may 2020 09:34 (UTC +04:00)

Yeniyetməyə sahibsiz it hücum edib: əl, ayaq, çiyin...

 
Oğuz rayonunun Dəymədağlı kənd sakini, 2005-ci il təvəllüdlü Ayxan Zaur oğlu Hüseynov it dişləmsi xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına daxil olub. 

Lent.az-ın məlumatına görə, müayinə zamanı A.Hüseynova sağ ayağın, sağ əlin, sağ çiyinin və sol budun it dişləməsi xəsarətləri dioqnozu qoyulub. 
A.Hüseynova xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037
avatar

Oxşar yazılar