Yeniyetmələrin ev yarmaq istəyi baş tutmadı
15 may 2020 12:25 (UTC +04:00)

Yeniyetmələrin ev yarmaq istəyi baş tutmadı

Bakıda mənzillərdən oğurluq etməyə cəhd edən dəstə üzvləri saxlanılıb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Anar İmanov Nəsimi rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, mayın 13-də axşam saatlarında evinə gələrkən naməlum şəxslərin onun mənzilinə daxil olmağa cəhd etdiyini görüb. Həmin şəxslər onu görüb hadisə yerindən qaçıblar.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə məhkum olunan, 16 yaşlı İlkin Salayev, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə əvvəllər məhkum olunmuş, Qazax rayon sakini, 15 yaşlı Xəyal Vəliyev və onun qardaşı 18 yaşlı Oruc Vəliyev saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2449
avatar

Mehman Nəbiyev

Oxşar yazılar