Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin naməlum şəraitdə dərinliyi təqribən 3 metr olan su hovuzuna düşməsi barədə məlumat daxil olub.
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 15 yaşlı Quliyev Rza Qurban oğlunun meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.