Bakıda avtomobildən və bankomatdan oğurluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 4-də rayon ərazisində “Toyota” markalı avtomobildən 2 ədəd bankomat kartı və şəxsiyyət vəsiqəsi, habelə banklardan birinə məxsus bankomatdan 5547 manat pulu çıxararaq oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Siyəzən rayon sakini olan bir yeniyetmə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.