Bakıda mağazadan oğurluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, iyulun 7-də Hövsan qəsəbəsi ərazisindəki mağazaların birindən 300 manat pul və 1700 manat dəyərində ərzaq məhsulları oğurlanıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri olan bir yeniyetmə və S.Nağıyev saxlanılıblar.