Yazıçı və ixtiraçı Mark Elyaş Moskvada intihar edib.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, 85 yaşı yazıçının nəvəsi oktyabrın 8-də messencer vasitəsilə babasından “Mən öldüm” sözləri yazılan məktub aldıqdan sonra onun evinə gedib. Qadın şəhərin mərkəzində yerləşn mənzildə babasının meyitini və məktub aşkarlayıb.
İlkin məlumata görə, Elyaş ağır xəstəliyi səbəbindən özünü öldürüb.
Mark Elyaş 600-dən çox patentin, 10 elmi və texniki kitabın və onlarla jurnal məqaləsinin müəllifidir.
O, eyni zamanda bir neçə hekayə, bir roman və "Cavab tədbiri" filminin ssenarisini yazıb.